Gəlirlərin Yenidən Bölgüsü

müəyyən şəxslərə məxsus gəlirlərin bir hissəsinin məcburi alınması və digər şəxslərə verilməsi, yaxud bir şəxsin öz gəlirlərinin bir hissəsini könüllü şəkildə daha çox ehtiyacı olan şəxslərə verməsi.
Gəlirlərin Mənbəyi
Gəlirlik Əyrisi
OBASTAN VİKİ
Gəlirlərin paylanması
İqtisadiyyatda gəlirlərin paylanması bir ölkənin Ümumi Daxili Məhsulunun ölkə əhaləsi arasında necə bölüşdürüldüyüdür. Gəlir və onun paylanması həm iqtisadi nəzəriyyənin, həm də iqtisadi siyasətin mərkəzindəki mövzular olmuşdur. Adam Smit, Tomas Maltus və David Rikardo kimi klassik iqtisadiyyatçılar, əsasən, istehsal vasitələrinin gəlirinin bölüşdürülməsiylə maraqlanmışdır. Onlara görə, gəlir əsas istehsal vasitələri olan torpaq, əmək və kapital arasında bölüşdürülür. Müasir iqtisadiyyatçılar da bu məsələlər üzərində dursalar da, paylanmanın daha çox fərdlər və ev camaatı arasında aparılması fikrini müdafiə etmişlər. Vacib nəzəri və iqtisadi fikirlərə gəlir bərabərsizliyi və iqtisadi artım arasındakı balans və onların əsas tərs əlaqəsi daxildir. Gəlirin cəmiyyət arasında necə bölüşdürülməsi Lorens əyrisi (qrafiki) vasitəsi ilə göstərilə bilər. Lorens əyrisi Cini indeksi kimi gəlir bərabərsizliyini göstərən vasitələrlə yaxından əlaqlidir.
Yenidən axıtma
Yenidən axıtma yazılı mətnin yenidən düzləndirilərək sətirlərin sonlarının səviyyələrinin nisbətən yaxınlaşdırılması. Məsələn, Bir çox tətbiqi proqramlarda – mətn redaktorlarında, hesabat genatorlarında, qrafik proqramlarda, masaüstü nəşriyyat sistemlərində və elektron cədvəl proqramlarında müxtəlif cür düzləndirmə imkanları vardır. Mətni yenidən axıtmadan sonra aşağıdakı şəklə düşür: Bir çox tətbiqi proqramlarda – mətn redaktorlarında, hesabat genatorlarında, qrafik proqramlarda, masaüstü nəşriyyat sistemlərində və elektron cədvəl proqramlarında müxtəlif cür düzləndirmə imkanları vardır. Yenidən axıtmadan sonra sətirlərin sayı dəyişdiyindən, səhifə sonu simvollarının da yeri dəyişilir. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Yenidən başlamaq
Kompüter elmlərində yenidən yükləmək (ing. restart, ing. Reboot) — kompüter sistemini təzədən başlama vəziyyətinə gətirmək deməkdir. Adətən kompüterə yeni proqram quraşdırdıqdan sonra və ya kompüterin sistemində hər hansı səhv baş verdikdə həyata keçirilir.
Yenidən formatlama
Yenidən formatlama — Tətbiqi proqramlarda: sənədin tərtibatında dəyişiklik, yəni şrift kimi stilistik detalların əvəzlənməsi, elementlərin quraşdırılması, abzasların düzləndirilməsi, başlıqların seçdirilməsi və s. 2. Verilənlərin saxlanması sahəsində: diskin təkrar formatlanması (onun işə hazırlanması), bu zaman oradakı informasiyanın hamısı məhv olur. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Yenidən yükləmək
Kompüter elmlərində yenidən yükləmək (ing. restart, ing. Reboot) — kompüter sistemini təzədən başlama vəziyyətinə gətirmək deməkdir. Adətən kompüterə yeni proqram quraşdırdıqdan sonra və ya kompüterin sistemində hər hansı səhv baş verdikdə həyata keçirilir.
Yenidən başlayaq
Yenidən başlayaq (ing. Begin Again) — Con Karninin rejissorluğu ilə 2013-cü ildə ekranlara çıxan musiqili ABŞ filmi. Həyatının çətin bir vaxtında səsyazma leyblının prodüseri Den Malliqan barda içki içərkən istedadlı müğənni-mahnı yazarı Qreta ilə tanış olur. İkisi Nyu-Yorkun səs-küylü küçələrində albom hazırlamağa qərar verirlər. Kira Naytli — Gretta James, müğənni-mahnı yazarı Mark Ruffalo — Dan Mulligan, musiqi prodüseri Adam Levin — Dave Kohl, Qrettanı keçmiş sevgilisi, uğurlu musiqiçi Catherine Keener — Miriam Hart, Denin ayrılmış arvadı Heyli Staynfeld — Violet Mulligan, Den və Miriamın on dörd yaşlı qızı James Corden — Steve, Qrettanın ən yaxın dostu CeeLo Green — Troublegum, Den tərəfindən kəşf olunan uğurlu repçi Yasiin Bey (Mos Def) — Saul, Denin biznes tərəfdaşı Rob Morrow — CEO Maddie Corman — Phillis Aya Cash — Jenny Jennifer Li — Mim beginagainfilm.com — Yenidən başlayaq rəsmi saytı Yenidən başlayaq — Internet Movie Database saytında.
Hakimiyyət bölgüsü
Hakimiyyət bölgüsü, Hakimiyyətlərin bölünməsi və ya Hakimiyyətlərin bölgüsü — dövlət hakimiyyəti nin bir-birindən müstəqil (bəzi hallarda bir-birinə nəzarəti zəruridir) üç dövlət hakimiyyəti qoluna : qanunverici hakimiyyət, icraedici hakimiyyət və məhkəmə hakimiyyətinə bolünməsini nəzərdə tutan siyasi-hüquqi nəzəriyyə. Nəzəriyyə Con Lokk, termin isə Monteskyö tərəfindən təklif edilib. Monteskyenin irəli sürdüyü hakimiyyətlər bölgüsü siyasi cəmiyyətdə azadlığın yaşanması və idarəetmə gücünün sui-istifadəsini əngəlləməsi üçün hələ də aktual məsələdir və məcburi şərtdir. Monteskye bu prinsipi "Qanunların ruhu" adlı əsərində irəli sürüb. Lakin müəllif bu anlayışı ilk dəfə "İngilis Konstitusiyası" adlı əsərində "məhkəmə hakimiyyəti, qanunvericilik və icra hakimiyyətindən ayrılmayıbsa, azadlıqdan danışmaq mümkün deyildir" şəklində istifadə edib. Hakimiyyətlərin ayrılmasının səbəblərini isə Monteskye belə açıqlayır: insanın pis cəhətləri də vardır və iqtidarı əlində tutan şəxs bu hüquqlardan sui-istifadə edə bilər. Buna görə, iqtidarın sui-istifadəsinın qabağını almaq üçün iqtidarı iqtidarla durdurmaq lazımdır. Klassik mənada hakimiyyətlər bölgüsü hər kəsin əməl etməsi məcburi olan ümumi qaydaları qoyan parlamenti, bu qaydaları icra edən icra hakimiyyəti orqanını və bu qaydaların tətbiqindən yaranan mübahisələrin həlli üçün məhkəmə orqanının olmasını və bir-birindən ayrılmasını nəzərdə tutur. Monteskyenin fikirləri bir çox hüquq və siyasət alimlərinin diqqətini çəkib. Bu fikirlər çox mübahisələndirilib və tənqid edilib.
Əmək bölgüsü
Əmək bölgüsü — müxtəlif əmək fəaliyyətinin həyata keçirilməsində və ictimai formada differensasiyasında müxtəlif əmək fəaliyyətinin tarixən dəyişməsi, oturuşmuşması və tanınması.
Yenidən Səfərə (1972)
Rejissor: Əhməd Abdullayev
Yenidən başlatmaq düyməsi
Yenidən başlatmaq düyməsi (ing. Reset button) – elektrik enerjisiylə təchizatı kəsmədən kompüteri yenidən başlatmaq üçün nəzərdə tutulmuş düymə. IBM əsaslı kompüterlərin əksəiyyətində yenidən başlatmaq düyməsi sistem blokunun qabaq panelində yerləşir. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Yenidən giriləbilən kod
Reentrant code ~ реентерабельный код ~ yineli girilebilen kod ~ yenidən giriləbilən kod – bir neçə proqramın eyni zamanda istifadə edə bildiyi proqram kodu. Məsələn, hansısa proqram yenidən giriləbilən kodu icra edən zaman başqa bir proqram onun icrasını durdura bilər və sonra onu birinci proqram üçün yenidən başlada, yaxud kəsildiyi yerdən davam etdirə bilər. Əməliyyat sisteminin xidməti proqramlarının çoxu yenidən giriləbilən kod kimi yaradılıb ki, bu da bütün çalışan proqramlara xidmət etmək üçün onun təkcə bir kopyasını yaddaşa yükləməyə imkan verir. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Almaniyanın yenidən birləşdirilməsi
Almaniyanın birləşdirilməsi (alm. Deutsche Wiedervereinigung‎) və ya vahid Almaniyanın bərpası (alm. Herstellung der Einheit Deutschlands‎) — 3 oktyabr 1990-cı ildə AFR konstitusiyasına əsasən, ADR-Qərbi Berlinin AFR-in tərkibinə daxil olması ilə vahid Almaniya Federativ Respublikasının yaradılması. Proses 2 may 1989-cu ildən 15 mart 1991-ci ilə qədər davam etmişdir. Almaniyanın birləşdirilməsinin elan edildiyi gün Alman Birlik Günü elan edilmiş (alm. Tag der deutschen Einheit‎) və bundan sonra milli bayram kimi qeyd edilməyə başlanmışdır. Birləşmə prosesinin bir parçası kimi Berlin şəhərinin şərq və qərb hissələri də bir şəhər halında birləşdirilmiş və sonda ölkənin paytaxtı olmuşdur. Almaniya Sosialist Birlik Partiyası tərəfindən idarə edilən Şərqi Almaniyanın hökuməti 2 may 1989-cu ildən etibarən sarsılmağa başlamışdı. Bu tarixdə Macarıstan Avstriya ilə olan sərhədini açmış və bu Dəmir Pərdədə "dəlik açılmasına" səbəb olmuşdu. Sərhəd hələ də qounurdu, lakin Panavropa pikniki və Şərq blokuna məxsus olan ölkələrin qətiyyətsiz reaksiyası qarşısıalınmaz hərəkatın işə düşməsinə səbəb oldu.
Yenidən Birləşmə Günü
Yenidən Birləşmə Günü (vyet. Ngày Thống nhất), həmçinin Qələbə Günü (Ngày Chiến thắng), Qurtuluş Günü (Ngày Giải phóng və ya Ngày Giải phóng miền Nam) və ya rəsmi adı ilə Cənubun Qurtuluşu və Milli Birləşmə Günü (Ngày Giải phóng miền Nam, thống nhất đất nước) — Vyetnamda 30 aprel 1975-ci ildə Şimali Vyetnam və Vyetkonq qüvvələrinin Cənubi Vyetnamın paytaxtı Sayqonu (indiki Hoşimin şəhəri) ələ keçirməsi və bununla da Vyetnam müharibəsinə son qoyması hadisəsini qeyd edən dövlət bayramı. Hadisə milli seçkilərdə baş verən birləşməyə doğru keçid dövrünün başlanğıcı olmuşdur. 2 iyul 1976-cı ildə yenidən birləşmə üçün keçirilən milli seçki nəticəsində Cənubi Vyetnam və Şimali Vyetnam birləşməsindən müasir Vyetnam yaranmışdır. Bəzi xaricdəki Vyetnam icmalarında bu gün Sayqonun süqutu, Qara Aprel (Tháng tư đen), Milli Utanc Günü (Ngày quốc nhục) və ya Milli Nifrət Günü (Ngày quốc hận) kimi qeyd olunur.
Yenidən Rifah Partiyası
Yenidən Rifah Partiyası və ya qısaca YENİDEN REFAH (həmçinin YRP) — Türkiyə Respublikasında 23 noyabr 2018-ci ildə Fatih Ərbakanın rəhbərliyində qurulan Milli Görüş ideologiyasında fəaliyyət göstərən sağ yönümlü, islamçı siyasi partiya. Onun rəsmi abbreviaturası partiya nizamnaməsinə görə "Yenidən Rifah"dır.
Dillərin tipoloji bölgüsü
Linqvistik tipologiya və ya dillərin morfoloji təsnifatı — alman əsilli ədəbiyyat tarixçisi, tərcüməçi, yazıçı və filosof Avqust Vilhelm Şleqel-Humbolt tərəfindən işlənib hazırlanmış morfoloji dil təsnifatı daha geniş yayılmışdır. Bu təsnifat dünya dillərini dörd tipə bölür: Köklü və yaxud təcrid olunan dillər; Aqlyutinativ (iltisaqi) dillər; Flektiv dillər; İnkorpor edilənlər. Birinci tipin xüsusiyyəti ondadır ki, sözlər morfoloji cəhətcə dəyişməz vəziyyətdə olur. Sözlərdə qramatik məna verən affikslər yoxdur. Cümlədə sözlər bir-birindən təcrid olunmuş vəziyyətdə yerləşir. Burada sözlər arasında əlaqə sintaksis olaraq, yəni sözlərin ardıcıllığı köməkçi sözlər, ritm və intonasiya vasitəsilə müəyyən olunur. Məs. qədim çin, yapon və koreya dilləri təcrid dillərdir. Məs. çin dilində sözlər cümlədəki yerlərindən asılı olaraq müxtəlif məna daşıyır.
Ermənistanın inzibati bölgüsü
7 noyabr 1995-ci il tarixində Ermənistan Respublikası Milli Məclisinin qəbul etdiyi və 4 dekabr 1995-ci ildə Ermənistan Respublikasının prezidenti Levon Ter-Petrosyanın təsdiq etdiyi "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında Qanunu"na əsasən Ermənistan Respublikası inzibati cəhətdən 10 mərzdən və mərz hüquqlu İrəvan şəhərindən ibarətdir. Mərz (farsca: مرز, ermənicə: erm. մարզ) fars kökənli söz olub "sərhəd" deməkdir. Mərzlər mərzban (ermənicə: erm. մարզպետ, lat. marzpet) vəzifəsi daşıyan dövlət məmurları tərəfindən idarə edilir. Mərzbanlar Ermənistan Respublikası Hökumətinin təyini və Ermənistan Prezidentinin təsdiqi ilə vəzifəyə təyin və vəzifədən azad edilirlər. Ermənistan Respublikasının 27 noyabr 2005-ci il etibarı ilə qüvvədə olan konstitusiyasının I fəsil, XI maddəsinin I bəndinə əsasən mərzlər inzibati cəhətdən bələdiyyələrə bölünür. Bələdiyyə başçıları yerli özünüidarə seçkiləri ilə ölkə vətəndaşları tərəfindən majoritar qaydada 4 il müddətinə seçilirlər. İrəvan şəhəri də inzibati cəhətdən bələdiyyələrdən ibarətdir.
Estoniyanın inzibati bölgüsü
Estoniya maakond adlanan (est. maakond) 15 bölgəyə bölünür.
Finlandiyanın inzibati bölgüsü
2017-ci ilə qədər Finlandiya bölünürdü:
Fransanın inzibati bölgüsü
Fransanın inzibati bölgüsü — Fransanın institusional və inzibati coğrafiyasıdır. Dövlət strukturunun islahatının son illərində, metropoliya (qitənin ərazisi) inzibati bölgüsü və Fransanın xarici mülkiyyətində dəyişikliklər baş vermişdir: Bəzi kommunalar nəqliyyat, məkan planlaması və s. mövzularda qarşılıqlı əlaqə üçün dövlətlər arası əməkdaşlıqda (EPCI — Établissement public de coopération intercommunale) birləşirlər. Fransa dənizaşırı regionlarıda inzibati bölgüsü var.
Gürcüstanın inzibati bölgüsü
Gürcüstanın inzibati bölgüsü — Gürcüstanda muxtar respublikalar (gürc. ავტონომიური რესპუბლიკა), regionlar (gürc. რეგიონი) və bələdiyyələr (gürc. მუნიციპალიტეტი) mövcuddur. Gürcüstan, sərhədləri qanunla 1991-ci ilin Dekabr ayının 21-də vəziyyətə uyğun olaraq təyin olunan bir unitar dövlətdir. Gürcüstan, iki Muxtar Respublikanı (gürc. ავტონომიური რესპუბლიკა), Acarıstan və Abxaziyanı ehtiva edir. Cənubi Osetiyanın köhnə, SSRİ dövrü muxtar varlığı, indi Gürcüstanın de-fakto yurisdiksiyası altında deyil və Gürcüstanın ərazi tənzimləməsində qəti bir konstitusiya statusu yoxdur. Gürcüstan torpaqları hazırda ümumi 76 bələdiyyəyə (gürc. მუნიციპალიტეტი) bölünmüşdür.
Gəncənin inzibati bölgüsü
Gəncənin inzibati bölgüsü — Gəncə şəhərinin inzibati bölgüsü hal-hazırda qəsəbələrdən ibarətdir. Gəncə şəhərinin indiyədək 3 şəhər rayonu olmuşdur. Gəncə şəhərinin 2 rayon və 7 qəsəbə inzibati ərazi vahidindən ibarətdir. "Gəncə şəhərinin Kəpəz rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2011-ci il 13 dekabr tarixli 270-IVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 8 fevral 2012-ci il tarixli, 1991 №-li Sərəncamı ilə 5 yeni-Şıxzamanlı, Məhsəti, Sadıllı, Natəvan və Cavad xan adlı qəsəbələri yaradılmışdır. 2022-ci ilin fevral ayında "Gəncə şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında" qanun layihəsi Milli Məclisin Regional məsələlər komitəsinə daxil olub. Dəyişiklik Nizami və Kəpəz rayonlarındakı inzibati ərazi dairələrinin Gəncə Şəhər İcra Hakimiyyətinin tabeliyinə verilməsini ehtiva edir. Qanun layihəsi Milli Məclisin Regional məsələlər komitəsinin fevralın 11-də keçirilən iclasında birinci oxunuşda müzakirə edilərək parlamentin plenar iclasına tövsiyə edilib. Azərbaycan Respublikasının Milli Məclisinin 15 fevral 2022-ci il tarixində keçirilən plenar iclasında "Gəncə şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında" qanun layihəsi I oxunuşda müzakirəyə çıxarılıb. Müzakirələrdən sonra qanuna dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib. Daha sonraki oxunuşlarda da qəbul edilən, 4 mart 2022 tarixində tarixli qanun layihəsi Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2 aprel 2022 tarixində təsdiqlənmişdir.
Kolumbiyanın inzibati bölgüsü
Kolumbiyanın inzibati bölgüsü — Kolumbiya 1991-ci il Konstitusiyası ilə təsis edildi və 2 iyun 1994-cü il tarixli 136 saylı qanuna əsasən dəyişdirildi. İnzibati ərazi bölgüsünün üç səviyyəsi vardır. İdarəedici departamentlərin birinci səviyyəsinə rayonun paytaxtı Boqota, ikincisi isə bələdiyyələr aid edilir.
Latviyanın inzibati bölgüsü
Macarıstanın inzibati bölgüsü
Macarıstan ərazisi 7 regiona bölünür, regionlar isə medyelərə bölünür . 2013-cü il yanvar ayının 1 qədər medye bölgələrə və ya kişterşeqilərə (kistérség) ayrıldı. Hal-hazırda, Macarıstan 7 regiona, regionlar isə 19 medyeyə bölünür, medyələr isə — 175 yaraşlara (rayon) (járás), yaraşlar — icmalara bölünüb. Bundan başqa, Macarıstanın (Budapeşt, Debretsen, Mişkolç, Seqed, Peç və Dyör) böyük şəhərləri respublikaya tabedir. Yerli rəhbərliklər seçkilər vasitəsilə formalaşan bələdiyyə başçılarını və icmalarını təmsil edir. Vəzifə müddəti 4 ildir. Macarıstan 19 medyeyə (bölgə) və şəhərə bölünür, medye berabər — Budapeşt.
Monteneqronun inzibati bölgüsü
Monteneqro